Türkiyənin keçmiş XİN rəhbəri ATƏT-in yeni Baş katibi oldu

Türkiyənin keçmiş xarici işlər naziri və ölkənin BMT-dəki keçmiş daimi nümayəndəsi Feridun Sinirlioğlu ATƏT-in yeni Baş katibi olub.

Azpost.info xəbər verir ki, bunu təşkilatın hazırkı sədri, Maltanın xarici işlər naziri Yan Borq bildirib.

“ATƏT-in yeni rəhbərliyini təbrik edirəm. Feridun Sinirlioğlu (Türkiyə) Baş katib. Maria Telalian (Yunanıstan)  Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri, Kristof Kamp (Niderland) ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı, Yanvar Bratu (Norveç) Media Azadlığı üzrə Nümayəndə”, – Borq X-dəki səhifəsində yazıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.