Türkiyənin məşhur aktyoru vəfat edib

FOTO
10 Sentyabr 2019 - 12:37

Türkiyəli məşhur aktyor Süleyman Turan vəfat edib.

82 yaşlı aktyor bu gün səhər evində ürək çatışmazlığından ölüb. O, 1936-cı ildə İstanbulda anadan olub. Yaradıcılığa teatrdan başlayan aktyor bir müddət karikaturaçılıq da edib.

O, “Hörmətli xanım”, “Ağ göyərçin”, “Yaxşı qərb” və bir çox filmdə rol alıb.