Türkiyənin məşhur aparıcısı üç il azadlıqdan məhrum edilə bilər

30 Aprel 2020 - 14:24

İstanbul Baş Prokurorluğu tannmış jurnalist Fatih Portakala qarşı cinayət işi açıb.

“Report” DHA-ya istinadən xəbər verir ki, buna səbəb məşhur aparıcının “Twitter” səhifəsində yazdığı tvitdir.

F.Portakal “Bankçılıq haqqında” qanunun “Etibarın qorunması” başlıqlı 74-cü maddəsini pozmaqda ittiham edilir. Əgər təqsiri sübuta yetirilərsə, FOX telekanalının məşhur aparıcısı 3 ilədək azadlıqdan məhrum edilə bilər

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fatih Portakal barəsində cinayət işinin açılması üçün İstanbul Baş Prokurorluğuna müraciət etmişdi.