Türkiyənin məşhur aparıcısı üç il azadlıqdan məhrum edilə bilər

İstanbul Baş Prokurorluğu tannmış jurnalist Fatih Portakala qarşı cinayət işi açıb.

“Report” DHA-ya istinadən xəbər verir ki, buna səbəb məşhur aparıcının “Twitter” səhifəsində yazdığı tvitdir.

F.Portakal “Bankçılıq haqqında” qanunun “Etibarın qorunması” başlıqlı 74-cü maddəsini pozmaqda ittiham edilir. Əgər təqsiri sübuta yetirilərsə, FOX telekanalının məşhur aparıcısı 3 ilədək azadlıqdan məhrum edilə bilər

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fatih Portakal barəsində cinayət işinin açılması üçün İstanbul Baş Prokurorluğuna müraciət etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda birdəfəlik ödəniş olunanların sayı 500 minə çatıb

Sonrakı məqalə

Xüsusi karantin rejiminin pozulmasına görə 44 016 hərəkət iştirakçısı məsuliyyətə cəlb edilib