“Qərarda əhali üçün mövcud tariflərə dəyişiklik edilməyib” –Tarif Şurasından İZAHAT

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası elektrik enerjisi üzrə qərarına dair izahedici şərh verib.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurası 30.06.2021-ci il tarixli 9 nömrəli qərarı ilə elektrik enerjisi üçün müəyyənləşdirilən topdansatış tarifinə aydınlıq gətirərək bildirir ki, bu tariflər enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə şamil olunur.

Bu tarifin əhaliyə və qərarda qeyd edilən fəaliyyətdən fərqli fəaliyyətlə məşğul olan qeyri-əhali abonentlərinə aidiyyəti yoxdur. Əhali kateqoriyası üzrə mövcud tariflərə hər hansı dəyişiklik edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Türkiyə ilə Rusiyanın məqsədi Qarabağda sülhün dayanıqlı olmasıdır” –

Sonrakı məqalə

“Rusiya və Türkiyə Qarabağ məsələsində səylərini sıx şəkildə koordinasiya edir” –