Türkiyə İsveç və Finlandiyanın NATO üzvlüyünü dəstəklədi

Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli memorandum imzalanıb.

Memorandum Madriddə Finlandiya və İsveçin NATO-ya üzvlük proseslərinə dair çərçivədə imzalanıb.

Sənədə üç ölkənin xarici işlər nazirləri imza atıb.

Türkiyə İsveç və Finlandiyanın Madrid sammitində NATO üzvülüyü ilə bağlı müraciətini dəstəkləməyə razı olub. Bu barədə Finlandiya prezidenti Sauli Niiniste məlumat verib.

“Bu gün NATO sammitindən əvvəl baş katib Stoltenberqin vasitəçiliyi ilə İsveç baş naziri Maqdalena Anderssonla birgə Ərdoğanla görüşümüz oldu. Nəticədə bizim XİN başçılarımız üçtərəfli memorandum imzaladılar. Bu memorandumla Türkiyə Madriddə Finlandiya və İsveçin NATO üzvü olmasını dəstəkləyəcəyək”.

 

Əvvəlki məqalə

Bolqarıstan 70 rus diplomatını ölkədən çıxarıb

Sonrakı məqalə

Seymur Elsevər Dövlət Teatrına direktor təyin olunub