Türkiyə millisi 26-cı dəfə Avropa çempionatına vəsiqə qazanıb

Kişi basketbolçulardan ibarət Türkiyə millisi Avropa çempionatına vəsiqə qazanıb.

AZƏRTAC xəbər verir ki, Ergin Atamanın rəhbərlik etdiyi yığma B qrupunda Macarıstan seçməsini 81:76 hesabı ilə məğlub edərək növbəti dəfə bu uğura nail olub.

Bu nəticə ilə sona iki tur qalmış qrupu ilk “üçlük”də bitirməyi təmin edən “ay-ulduzlular” 26-cı dəfə Avropa çempionatında iştirak hüququ qazanıb.

Qeyd edək ki, 2025-ci ilin avqustun 27-dən sentyabrın 14-dək təşkil olunacaq turnirə Kipr, Finlandiya, Polşa və Latviya ev sahibliyi edəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.