“Türkiyə Ordusu Azərbaycanın yanındadır” –AKAR

Türkiyə Ordusu tarixi və mədəni məsuliyyəti nəzərə alaraq, dost və qardaş ölkələrin, xüsusilə Azərbaycan və Liviyanın haqlı mübarizələrində onların yanındadır.

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Efes-2022” beynəlxalq təlimlər çərçivəsində çıxışı zamanı deyib.

O qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri ölkə sərhədlərinin təhlükəsizliyini təmin edərək, başda FETÖ, PKK/YPG, İŞİD kimi terror təşkilatları ilə daxildə və xaricində mübarizə aparır, bununla Türkiyənin maraq və mənafelərini qətiyyətlə qoruyur.

Əvvəlki məqalə

Vətən Müharibəsinin iştirakçısı olan polkovnik-leytenant qəzada həlak oldu –

Sonrakı məqalə

Azərbaycanda daha 15 nəfər COVID-19-a yoluxub