Türkiyə prezidenti sabah Macarıstana səfərə gedir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan Baş naziri Viktor Orbanın dəvəti ilə avqustun 20-də Budapeştə səfər edəcək.

Azpost.info xəbər verir ki, bu barədə TRT Ərdoğan administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Bir gün davam edəcək səfər zamanı ilk növbədə Ukrayna böhranının həlli, taxıl müqaviləsinə xitam verildikdən sonra Qara dənizdə təhlükəsizliyin təmin edilməsi üçün yol xəritəsinin hazırlanması məsələləri müzakirə olunacaq.

Bu il diplomatik münasibətlərin qurulmasının 100 illiyini qeyd edən iki ölkə arasında əməkdaşlığın hərtərəfli müzakirəsi də planlaşdırılır.

Azpost.info

Əvvəlki məqalə

İranda həbs olunmuş 2 Naxçıvan sakini sərbəst buraxılıb

Sonrakı məqalə

“Ərdoğan və Əsədin görüşü planlaşdırılmır”