“Ərdoğan və Əsədin görüşü planlaşdırılmır”- Türkiyə prezidentinin müşaviri

Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsədin yaxın vaxtlarda görüşü planlaşdırılmır.

Azpost.info xəbər verir ki, Türkiyə prezidentinin baş müşaviri Akif Çağatay Kılıç bildirib.

“Belə bir görüş hələ ki planlaşdırılmır, lakin onun təşkili üçün iş gedir”, – Kılıç deyib.

Rusiya prezidentinin Suriya nizamlanması üzrə elçisi Aleksandr Lavrentyev iyulun 9-da bildirib ki, Ərdoğan və Əsəd Suriya-Türkiyə münasibətlərinin nizamlanması üçün yol xəritəsi üzərində iş başa çatdıqdan sonra Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə görüşə bilərlər.

Azpost.info

Əvvəlki məqalə

Türkiyə prezidenti sabah Macarıstana səfərə gedir

Sonrakı məqalə

Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq