Türkiyə, Rusiya, BMT və Ukrayna arasında saziş imzalandı- Taxıl dəhlizinə dair

İstanbulda Türkiyə, Rusiya, BMT və Ukrayna arasında taxıl dəhlizinə dair saziş imzalanıb.

Azpost.info xəbər verir ki, Rusiya və Ukrayna iki ayrı sənəd imzalayıblar.

İmzalanma mərasimi “Dolmabaxça” sarayında baş tutub. Rusiya tərəfindən sazişi müdafiə naziri Sergey Şoyqu, Türkiyə tərəfdən isə müdafiə naziri Hulusi Akar imzalayıb. Ukrayna sazişi Türkiyə və BMT ilə imzalayıb. Sənədə Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov imza atıb.

Şoyqu bildirib ki, saziş taxılın dəniz yolu ilə daşınmasına imkan verəcək. BMT baş katibi Antonio Quterreş qeyd edib ki, əldə olunan razılaşma dünyada ərzaq qiymətlərinin sabitləşməsinə kömək edəcək.

Əvvəlki məqalə

Hovuzda qadınları çəkən şəxs 20 sutka həbs edilib

Sonrakı məqalə

Şuşada Beynəlxalq Media Forum başa çatıb