“Türkiyə Rusiya üçün “dost olmayan” ölkəyə çevrilir”- Rusiyalı senator

“Türkiyə Rusiyaya qarşı neytral olan ölkədən “dost olmayan” ölkəyə çevrilir. Bunu onun “Azov” batalyonunun komandirlərini Kiyevə təhvil verməsi, Ukraynanın NATO-ya daxil olmasına dəstək və Ukrayna ərazisində PUA zavodunun tikintisi sübut edir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbəri Viktor Bondarev bildirib.

“Bu davranış arxadan vurulan bıçaq zərbəsindən başqa bir şey deyil. Son həftələrdə baş verən hadisələr, təəssüf ki, Türkiyənin tədricən və davamlı olaraq neytral ölkədən qeyri-dost ölkəyə çevrildiyini açıq şəkildə nümayiş etdirir. Ərdoğan hər zaman başa düşüləcəyinə və bağışlanacağına ümid edir. Moskva uzun müddət dözür, amma eyni zamanda əsl düşmənlərin və dostların kim olduğunu anlayır”, – Bondarev deyib.

Onun fikrincə, ruslar üçün sonuncu “dünyaya açılan pəncərə”lərdən biri olaraq qalan, eyni zamanda Rusiyaya paralel idxalın əsas mərkəzinə çevrilən Türkiyənin addımları NATO-nun təzyiqi ilə atıla bilərdi: “Buna görə də Türkiyə NATO-dan çıxmaq və Rusiya ilə müttəfiqlik barədə düşünməlidir. Çünki bu, hər iki tərəf üçün faydalıdır. Bu halda Türkiyə iqtisadi və siyasi təsirini gücləndirəcək”.

Azpost.info

Əvvəlki məqalə

Putin “Azov” komandirlərini Kiyevə qaytaran Ərdoğana nə deyəcək?

Sonrakı məqalə

Əhalisi çox olan ölkələr hansılardır? –