Əhalisi çox olan ölkələr hansılardır? –ADLAR

BMT 1989-cu ildən bəri iyulun 11-ni Dünya Əhali Günü kimi qeyd edir. Bu münasibətlə yayılan rəsmi hesabatda dünyada kişilərin orta ömür uzunluğu 71 yaş, qadınların orta ömür uzunluğu 76 yaş göstərilir.

Rəsmi açıqlamaya görə, Hindistan 1 milyard 428,6 milyon əhali ilə ən qələbəlik ölkədir.

Çin 1 milyard 425,7 milyon nəfərlə ikinci, ABŞ 340 milyon nəfərlə üçüncü yerdə qərar tutub.

İndoneziyanın 277,5 milyon, Pakistanın 240,5 milyon, Nigeriyanın 223,8 milyon, Braziliyanın 216,4 milyon, Banqladeşin 173 milyon, Rusiyanın 144,4 milyon, Meksikanın 128,5 milyon əhalisi var.

Yaxın ölkələr əhali siyahısında belə sıralanır:

İran – 89,2 milyon nəfər

Türkiyə – 85,8 milyon nəfər

Ukrayna – 36,7 milyon nəfər

Özbəkistan – 35,2 milyon nəfər

Qazaxıstan – 19,6 milyon nəfər

Tacikistan – 10,1 milyon nəfər

Belarus – 9,5 milyon nəfər

Qırğızıstan – 6,7 milyon nəfər

Türkmənistan – 6,5 milyon nəfər

Gürcüstan – 3,7 milyon nəfər

Moldova – 3,4 milyon nəfər

Ermənistan – 2,8 milyon nəfər

Litva – 2,7 milyon nəfər

Latviya – 1,8 milyon nəfər

Estoniya – 1,3 milyon nəfər.

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2023-cü il mayın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 143 min 521 nəfərə çatıb.

Əvvəlki məqalə

“Türkiyə Rusiya üçün “dost olmayan” ölkəyə çevrilir”

Sonrakı məqalə

“Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərar hələ razılaşdırılmayıb”