Türkiyə Superliqasında “Qalatasaray” qələbə qazanıb-“Beşiktaş” və "Fənərbağça" isə rəqiblərinə məğlub olublar

Futbol üzrə Türkiyə çempionatında növbəti oyunlar keçirilib. Superliqanın 39-cu turunda “Qalatasaray” səfərdə “Dənizlispor”un qonağı olub.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul klubu 4:1 hesabı ilə qalib gəlib.

“Fənərbağça” öz meydanında “Sivasspor”a 2:1 hesabı ilə uduzub. “Beşiktaş” isə “Vodafone Park” stadionunda “Fatih Karagümrük”ə 2:1 hesabı ilə məğlub olub.

Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Konyaspor” – “Trabzonspor” – 1:1;

“Alanyaspor” – “Ərzurumspor” – 2:3;

“Qaziantep” – “Rizəspor” – 4:5;

“Gənclərbirliyi” – “Göztəpə” – 5:3;

“Başakşəhər” – “Kayserispor” – 0:0;

“Kasımpaşa” – “Ankaragücü” – 3:1;

“Yeni Malatyaspor” – “Hatayspor” – 1:1:

Qeyd edək ki, hazırda Türkiyə Superliqasının turnir cədvəlində 81 xalla “Beşiktaş” liderlik edir. Onunla eyni xal toplayan “Qalatasaray” ikinci, 79 xalı olan “Fənərbağça” isə üçüncü pillədə qərarlaşıb.

Bu çempionatda son turun oyunları mayın 15-də keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şeyxülislam məqamını kimlər gözdən salmağa cəhd edir?

Sonrakı məqalə

Türkiyədə mayın 17-dən etibarən mərhələli yumşalmanın başlaması gözlənilir