Türkiyədə 2 yaşlı uşaq 79 saatdan sonra dağıntılar altından sağ tapıldı- VİDEO

Türkiyənin dağıdıcı zəlzələnin baş verdiyi Hatay bölgəsində xilasedicilər 79 saat sonra 2 yaşlı uşağı dağıntılar altından sağ çıxarıblar.

Azpost.info xəbər verir ki, xilasetmə əməliyyatında Ərzurum vilayətinin Fövqəladə Hallar və Təbii Fəlakətlər İdarəsinin əməkdaşları iştirak ediblər.

Xilasedicilərin verdiyi məlumata görə, Hatayda axtarış-xilasetmə əməliyyatlarına qatılan Ərzurum AFAD qrupu zəlzələdən 79 saat sonra 2 yaşlı Mehmet Tatarı dağıntılar altından sağ çıxarıb.

Azpost.info

 

Əvvəlki məqalə

“Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə bağlı iş gedir”

Sonrakı məqalə

Sovet Rusiyasının sonuncu Baş naziri 93 yaşında vəfat edib