“Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə bağlı iş gedir”- Lavrovun müavini

“Moskva Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçirilməsindən imtina etmir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bugünkü mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu imkan Rusiya tərəfindən bu və ya digər şəkildə istifadə ediləcək.

“Görüşün təşkili üzərində iş gedir, biz bundan imtina etmirik. Biz bu imkandan istifadə edəcəyik”, – Ryabkov deyib.

Dünən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Rusiya və Azərbaycandan olan həmkarları Sergey Lavrov və Ceyhun Bayramovla görüş keçirməyə hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, İrəvan ötən ilin dekabrında XİN rəhbərlərinin Moskva görüşünü ləğv etməyib, Laçın dəhlizindəki vəziyyətlə əlaqədar onu təxirə salıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bir müddət əvvəl azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı aparıb. Söhbətdə XİN rəhbərləri Moskva, Bakı və İrəvan arasında üçtərəfli sazişlər əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə işlərin bərpasının vacibliyini bəyan ediblər. Rusiya tərəfi Moskvada sülh müqaviləsi layihəsi üzrə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqların raundunu keçirməyə hazır olduğunu bəyan edib. Lavrov və Bayramov Laçın dəhlizi ətrafında yaranmış vəziyyətin həlli yollarını da müzakirə ediblər.

Azpost.info

Əvvəlki məqalə

Türkiyədə zəlzələdə ölənlərin sayı 14 mini ötüb

Sonrakı məqalə

Türkiyədə 2 yaşlı uşaq 79 saatdan sonra dağıntılar altından sağ tapıldı