Türkiyədə koronavirusa yoluxanların sayı 110 mini keçib

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 99 nəfər ölüb.

Bunu Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 30 177 şübhəli koronavirus testindən keçib, onlardan 2357-nin cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 2805 nəfər ölüb, 110 130 nəfər bu infeksiyaya yoluxub. Reanimasiyada 1776 xəstə var. Müalicə olunan 3558 xəstə isə bu gün evə buraxılıb.

Nazirin sözlərinə görə, son 20 gün içində xəsətəliyə ən az yoluxma sayı bu gün qeydə alınıb, intensiv terapiya alan xəstə sayında da azalma var. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Belarusda koronavirusa 10 mindən çox yoluxma halı qeydə alınıb

Sonrakı məqalə

Dünyada son sutkada 85 minədək insan koronavirusa yoluxub