Türkiyədə prezident seçkilərinin II turunun tarixi ve detalları- AÇIQLANDI

Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.

Azpost.info xəbər verir ki, bu barədə Türkiyə Yüksək Seçki Komissiyasının sədri Ahmet Yener açıqlama verib.

“Ölkəmizdə ilk dəfə baş tutacaq ikinci tur haqqında qısa məlumat vermək istərdim. Bülletenlərin verilməsi qaydasında heç bir dəyişiklik olmayacaq. Birinci yerdə cənab Ərdoğan, ikinci yerdə isə cənab Kılıçdaroğlu olacaq. Təbliğat prosesi başlamış sayılır.

Mayın 19-da birinci turun yekun nəticələri elan olunacaq. Açıqlamadan sonra mayın 23-də xaricdə səsvermə prosesi başlayacaq.

Mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunun türk millətinə, namizədlərə və siyasi partiyalara xeyirli olmasını arzu edirik”, – YSK sədri bildirib.

Azpost.info

Əvvəlki məqalə

Sahibə Qafarova Moskvada Volodinlə görüşüb

Sonrakı məqalə

Azərbaycan XİN rəhbəri Brüsseldə Jozep Borrellə görüşüb