Türkiyədə seçkilər başa çatdı, səslərin sayımı başladı

Türkiyədə Prezident və 28-ci çağırış Parlament seçkiləri başa çatıb.

Yerli vaxtla 17:00-dan sonra bütün seçki məntəqələri seçicilər üçün bağlanıb və səslərin hesablanması prosesi başlayıb.

Qeyd edək ki, səsvermə nəticələri Ali Seçki Şurası (YSK) tərəfindən rəsmi olaraq hər saat başı açıqlanacaq, 23:59-a qədər isə müvəqqəti nəticələr bəlli olacaq.

Bundan əlavə, hər siyasi partiya da səsvermənin nəticəsinə dair açıqlamalar verəcək. 21:00-dan etibarən isə yayım qadağası tamamən aradan qaldırılacaq.

Xatırladaq ki, seçki çərçivəsində 60 milyon 697 min 845 seçicinin 191 min 910 seçki qutusunda səs verməsi nəzərdə tutulub.

Əvvəlki məqalə

Prezident İlham Əliyevin Nikol Paşinyanla görüşü başladı

Sonrakı məqalə

Ərdoğan seçki bitdikdən sonra ilk tvitini yazdı –