“Türkiyədə zəlzələdən sonra 25 Azərbaycan vətəndaşı axtarılır”- Səfir

Türkiyədə baş vermiş zəlzələdən sonra axtarışda olan 25 nəfər vətəndaşımız var.

APA-nın Türkiyə müxbiri Tural Əsədi Qaziantepdən xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu o demək deyil ki, onların başına hansısa bir iş gəlib:

“Telefonlarını itirmiş ola bilərlər, elektrik olmadığı üçün telefonları sönmüş ola bilər. Bu siyahı böyük idi, lakin azala-azala gedir”.

Səfir Malatyada itkin olan 4 rtələbəmizin axtarışlarının da davam etdirildiyini bildirib.

Əvvəlki məqalə

“Əminəm ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq, bunu da aşacaq”

Sonrakı məqalə

“Bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik”