Yer kürəsi kosmosdan qamma şuaları ilə vurulub.
Azpost.info bildirir ki, bunu İtalya alimləri və onların əcnəbi həmkarları – Avropa Kosmik Agentliyinin (ESA) işində iştirak edən bir neçə institut və universitetdən olan 70-ə yaxın insan “Nature Communications” jurnalında təsdiqləyiblər. Şuanın təsirinin izləri ionosferdən təxminən 500 kilometr yüksəklikdə tapılıb.
İonosfer Yerdən 80-100 kilometr yüksəklikdə başlayan atmosferin elektrik yüklü – ionlaşmış təbəqəsidir. Kosmosdan gələn qamma şüa zərbəsi onun yandırıb, atmosferdəki elektrik sahəsini dəyişdirib və elektrik xaosuna səbəb olub. Bu zərbədən ionosfer hələ də özünü bərpa edə bilmir.
Çoxsaylı anomaliyalar bir neçə kosmik rəsədxana (Swift, Fermi, INTEGRAL) sayəsində elm adamları tərəfindən dəqiq şəkildə qeydə alınıb.
İonosferdə kəskin dəyişmələr 2022-ci il oktyabrın 9-da, misli görünməmiş gücə malik sərt qamma radiasiyasının planetimizə dəyməsi ilə başlayıb. “Yaylım atəşi” təxminən 7 dəqiqə davam edib və GRB 221009A adını alıb. O, müşahidələr tarixində ən güclüsü hesab olunur. Mütəxəssislər onun işığının Günəşdən milyon trilyon dəfə daha parlaq olduğunu təxmin edirlər.
“Atəş” Oxatan bürcü istiqamətindən, 2,4 milyard işıq ili ilə 1,9 milyard işıq ili məsafəsindən “açılır”. Yəni ağlasığmaz məsafədən – hansısa uzaq qalaktikadan.
Bəşəriyyətin əslində bəxti gətirib ki, bu şüa zərbələri yaxınlıqda – ən azı “Süd Yolu”nun kənarında olmayıb. Bu zaman yer kürəsi dağılıb gedəcəkdi.
Hazırkı kataklizmlərin səbəbi budur
Qamma şualarının “yaylım atəşi”ndən ötən son bir il ərizndə bir çox elm adamı ionosferdə baş vermiş bu kəskin dəyişikliyin Türkiyədə baş vermiş zəlzələyə səbəb olduğu ilə razılaşırlar. Bu şualar ionosfer vasitəsilə tektonik plitələrə təsir edib. Bu, ilk növbədə kosmik qamma şüalanması ilə yüklənən yüksək enerjinin yüklü hissəciklərin axınlarına cavab verir. “Atəş”ə məruz qalmış elektromaqnit sahəsində yaranan cərəyanlar tektonik plitələrin qırıldığı yerlərdə yaranan cərəyanlarla qarşılıqlı əlaqədə olur və bununla da onların hərəkətinə təsir göstərir. Plitələr azca hərəkət edən kimi onlarda gərginlik yığılır və zəlzələ baş verir.
Kosmos və yerin altı arasındakı əlaqənin olması ilə bağlı konkret sübutları bu yaxınlarda CREDO layihəsi üzərində işləyən və kosmik radiasiyanın səviyyəsini izləyən başqa bir böyük beynəlxalq komandanın alimləri təqdim edib.
İqlim anomaliyalarının – güclənən qasırğalar, gözlənilməz quraqlıq və daşqınlar, qeyri-adi soyuqlar və ya əksinə, qızmar istilərin zədələnmiş ionosferdən qaynaqlandığı ilə bağlı həyəcanlı məlumatlar var.
Alimlər etiraf edirlər ki, onlar kosmosdan gələn zərbənin vurduğu bütün zərərləri tam qiymətləndirməyiblər. Lakin bu zərərin çox nəhəng olduğunu hiss edirlər. Bu həm də yaxın gələcəkdə “sürprizlər” vəd edir.
Ən xoşagəlməz hal isə odur ki, alimlər milyon il ərzində planetmizdə baş vermiş kütləvi məhvolmaya qamma şua partlayışlarının səbəb olduğunu istisina etmirlər.
Azpost.info