Türkiyənin vitse-prezidenti Ərdoğanın müşaviri ilə evləndi- FOTO

Türkiyənin vitse-prezident Fuat Oktay prezident Rəcəb Tayyib Ərdoğanın müşaviri Hümeyra Şahinlə nikaha girib.

Azpost.info xəbər verir ki, nikah mərasimi prezident və birinci xanım Əminə Ərdoğanın şahidliyi ilə bağlanıb.

İstanbulda keçirilən toy mərasiminə cütlüyün ailə yaxınları qatılıb.

Havva Hümeyra Şahin 1976-cı ildə İstanbulda anadan olub. 1998-ci ildə İstanbul Universitetinin tarix fakültəsini bitirib. Sonra Mərmərə Universitetində magistr təhsilini tamamlayıb. 2007-2008-ci illərdə təhsil üçün Londona gedib.

Şahin uzun müddət “Akşam” qəzetində köşə yazarı olub.

Azpost.info

Əvvəlki məqalə

Meymunçiçəyi ilə mübarizədə “Imvanex” peyvəndi təsdiqləndi

Sonrakı məqalə

Şəki sakini özündən 23 yaş böyük kişini bıçaqlayıb