Türkiyənin vitse-prezidenti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Azərbaycanda səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb.

Sonra qonaqlar Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan övladlarının xatirəsinə hörmət və ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.