Türkiyəyə göndərilən daha 5 qazimiz sağalaraq Vətənə geri dönüb –FOTO

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 5 qazimiz sağalaraq Vətənə geri dönüb.

Fonddan bildirilib ki, qazilərimiz Cəfərov Namiq Fərhad oğlunun, Atakişiyev Yusif Fariz oğlunun, Kazımov Kənan Çinar oğlunun, Əlizadə Şəhriyar Mirağa oğlunun və Ələkbərov İlkin Elçin oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 64 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qarabağda döyüşən livanlı muzdlunun məhkəməsi başlayıb

Sonrakı məqalə

Zəngəzurda Azərbaycan və Ermənistan hərbçiləri demarkasiya ilə bağlı danışıqlar aparır