“Türkiyə ilə lazımi təmasları bir neçə saata razılaşdırırıq” –Putinin sözçüsü

Zəruri hallarda Moskva ilə Ankara arasında ən yüksək səviyyədə təmaslar olacaq. Rusiya ilə Türkiyə arasında münasibətlərin səviyyəsi bir neçə saat ərzində bunu razılaşdırılmağa imkan verir.

AzPost xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O, ötən həftə xarici işlər nazirləri səviyyəsində təmasların olduğunu, Federasiya Şurasının sədri Valentina Matviyenkonun Ankaraya rəsmi səfər etdiyini xatırladıb. Əlavə edib ki, bunlar ikitərəfli əlaqələrin fəallığını təsdiqləyir.

“Yüksək səviyyədə təmasların olmamasından danışmağa ehtiyac yoxdur. Həm işçi, həm də ekspert səviyyəsində dialoq var. Bu proses dayanmayıb və dayanmayacaq”, -deyə D. Peskov vurğulayıb.

Onun sözlərinə görə, zərurət yaranarsa, ən yüksək səviyyədə təmaslar baş tuta bilər, çünki Moskva ilə Ankara arasında əlaqələr sıxdır və onlar aktivdir.

“Lazım gələrsə, ən yüksək səviyyədə əlaqələr də olacaq. Münasibətlərimiz o qədər sıx və aktivdir ki, bütün lazımi təmaslar bir neçə saat ərzində razılaşdırılır”, -deyə Kreml nümayəndəsi qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.