Türkmənistanla ticarət dövriyyəmiz 5 dəfə artıb

Türkmənistanla Azərbaycan arasında ticarət dövriyyəsi 2020-ci ildən 5 dəfə artıb.

Bunu Aşqabadda keçirilən Beynəlxalq Neft və Qaz Forumu zamanı SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov bildirib.

Dövlət Neft Şirkəti sədrinin müavininin sözlərinə görə, Azərbaycan Xəzər regionu ölkələri ilə əməkdaşlıqda, Xəzərin potensialının açılmasında maraqlıdır və buna nail olmaq üçün birgə səylərə ehtiyac görür.

Elşad Nəsirov qeyd edib ki, Türkmənistan-Azərbaycan münasibətlərini çoxəsrlik dostluq, ortaq mədəniyyət və inanc bağlayır. Dövlətlər arasında strateji tərəfdaşlığa dair 100-dən çox sənəd imzalanıb.

Xəzər dənizində “Dostluk” karbohidrogen yatağının birgə kəşfiyyatı və işlənməsi üzrə Anlaşma Memorandumunun 2021-ci il yanvarın 21-də imzalanmasını xüsusi vurğulayan vitse-prezident nəqliyyat sahəsində də ikitərəfli əməkdaşlığın müəyyən irəliləyişi olduğunu əlavə edib.

Xatırladaq ki, bu gün Aşqabadda “Türkmənistanın Nefti və Qazı” (OGT-2022) Beynəlxalq Neft və Qaz Forumu öz işinə başlayıb.

Azpost.info

Əvvəlki məqalə

Rusiyanın Belqorod vilayətində partlayış olub

Sonrakı məqalə

Qarabağda xidmət etmiş rus generalı zorlama ittihamı ilə saxlanılıb