Türkmənistanda baş verən zəlzələnin Azərbaycanla heç bir əlaqəsi yoxdur –Seysmoloji Mərkəz

Telefonlara gələn zəlzələ məlumatı ilə bağlı bildirmək istəyirik ki, zəlzələ Türkmənistan ərazisində baş verib və Azərbaycanla heç bir əlaqəsi yoxdur.

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib.

Qeyd edək ki, Türkmənistanda 5 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 68,2 min nəfərin yaşadığı Türkmənbaşı şəhərindən 34 km şimal-şərqdə, 47 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.