Təqaüdçü polis maşınına “molotov kokteyli” atdı

Moskvanın Zamoskvoretski Məhkəməsi Moskvanın Arbat küçəsi yaxınlığında polis avtomobilini yandıran təqaüdçü İvan Zelinskini həbs edib.

AzPost TASS-aistinadla xəbər verir ki, məhkəmə istintaqın vəsatətini təmin edib və Zelinski barəsində həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, hadisə dekabrın 24-də baş verib. 1959-cu il təvəllüdlü təqaüdçü polis maşınına yanar maye butulkasını atıb. Polis onu hadisə yerində saxlayıb, yanğın söndürülüb, xəsarət alan olmayıb.

Polisin məlumatına görə, şəxs Ukraynadan gələn üçüncü şəxslərin təsiri altında hərəkət edib və onlar telefonla ona göstəriş verilib. Təqsirləndirilən şəxsi 10 ildən ömürlük həbsə qədər cəza gözləyir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.