Üç ayda Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 30 faiz artıb

Yanvar-mart aylarında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 28,7 faiz artaraq 38,17 milyard dollara çatıb.

Azpost.info xəbər verir ki, bu barədə Çin Baş Gömrük İdarəsi məlumat yayıb. Məlumata görə, Rusiyaya ixrac 25,9 faiz artaraq 16,44 milyard dollara, mal və xidmətlərinin idxalı isə 31 faiz artaraq 21,73 milyard dollara çatıb.

Çin hökumətinin sözçüsü Li Kuyven bildirib ki, Çin hökuməti Ukraynadakı vəziyyətə baxmayaraq, Rusiya ilə ticarət əlaqələrini davam etdirməyi planlaşdırır. 2021-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 35,8 faiz artaraq rekord həddə – 146,88 milyard dollara çatıb.

Azpost.info

Əvvəlki məqalə

Elman Rüstəmovun xalası oğlu saxlanıldı

Sonrakı məqalə

“Azərbaycanın ərazi bütövlüyünü tanımamaq Ermənistan üçün təhlükədir” –