“Üç nəsil dəyişməlidir ki, Qarabağ problemi həllini tapsın”-Yeltsinin müşavirindən bədbin açıqlama

“Üç nəsil dəyişməlidir ki, Qarabağ münaqişəsi həllini tapsın”.

Azpost.info bildirir ki, bu sözləri haqqın.az-a açıqlamasında Rusiya prezidenti Yeltsinin müşaviri olmuş, siyasətçi Sergey Stankeviç deyib.

Onun sözlərinə görə, 3 nəsil dəyişməlidir ki, döyüşlərin yaratdığı gərginlik, qurbanların gətirdiyi qəzəb keçib getsin.

Stankeviç deyib ki, zaman ötdükcə, problemlə bağlı müzakirələrdə emosiya aşağı düşməlidir. Amma nəsillərin dəyişməsindən sonra da tərəflərə sülh formulunu tapmaq vacib olacaq: “Rusiya kimi üçüncü ölkələr tərəflərə sülhə nail olmaq üçün kömək edə, sazişin qarantı kimi çıxış edə bilərlər.  Moskva tərəflərin barışdırlmasında müsbət rol oynaya bilər. Bizim Bakı və Yerevanla çox gözəl münasibətlərimiz var. Hesab edirəm ki, tərəflər bizim sülh təşəbbüslərimizə etiraz etməyəcklər”.

Stankeviç belə vəziyyətdə rusiya sülhməramlılarının münaqişə bölgəsinə yeridilməsini istisna etməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı və Moskva ekspertlər səviyyəsində terrorçuluqla mübarizə məsələlərini müzakirə edib

Sonrakı məqalə

Bakı polisi milli “Ostap Bender”i axtarır –