Ucarda avtomobil velosipedçini vuraraq öldürüb-FOTO

Ucarda velosipedçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qaradağlı kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes Vito” markalı avtomobil yolu keçən velosipedçi, rayonunun Qaradağlı kənd sakini, 1966-cı il təvəllüdlü Əbülfət Sabir oğlu Həsənovu vurub.

Ağır xəsarət alan Əbülfət Həsənov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqalə

Rusiyanın Xersonda təyin etdiyi qubernator müavini Stremousov qəzada ölüb

Sonrakı məqalə

Uqandada Ebola virusundan ölənlərin sayı 53-ə çatıb