“Üçüncü dünya müharibəsinin qarşısını yalnız mən ala bilərəm” - TRAMP

Donald Tramp 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələrsə, Ukraynadakı münaqişəni andiçmə mərasiminə qədər həll edəcəyinə söz verib.

Azpost.info xəbər verir ki, Floridada tərəfdarları qarşısında çıxışı zamanı Tramp bildirib ki, o, üçüncü dünya müharibəsinin və ABŞ-ın bu müharibəyə cəlb olunmasının qarşısını ala biləcək yeganə siyasətçidir.

“Prezident seçkilərində qalib gələndən sonra Rusiya və Ukrayna arasında dəhşətli müharibəni də həll edəcəyəm”, – Tramp deyib.

Tramp dəfələrlə bəyan edib ki, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenskiyə zəng etməklə münaqişəni 24 saat ərzində dayandıra bilər. Floridada çıxışı zamanı da Tramp onların hər ikisini tanıdığını qeyd edib.

Azpost.info

 

Əvvəlki məqalə

İstanbulda AK Partiyanın seçki bürosuna silahlı hücum olub

Sonrakı məqalə

Rusiyada 5 bal gücündə zəlzələ olub