UEFA Qazaxıstan Futbol Federasiyasını cərimələyib

UEFA
UEFA

UEFA Qazaxıstan Futbol Federasiyasını 8750 avro cərimələyib.

“Report” xəbər verir ki, buna 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Qazaxıstan – İngiltərə oyununda yaşananlar səbəb olub.

Sentyabrın 8-də gerçəkləşən qarşılaşmada meydana azarkeşlərin daxil olmasına görə quruma 1250 avro cərimə tətbiq edilib. Federasiya görüşün gec başlaması ucbatından isə 7500 avro ödəməli olacaq.

Qeyd edək ki, qarşılaşma İngiltərənin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.