Ukrayna altı ayda Qərbdən 23 milyard dollardan çox pul alıb

İlin əvvəlindən Qərb tərəfdaşları dövlət büdcəsinin kəsirini ödəmək üçün Ukraynaya 23 milyard dollardan çox vəsait ayırıblar.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib.

Baş nazirin sözlərinə görə, ilin əvvəlindən keçən 6 ay ərzində xərclər büdcə daxilolmalarını təxminən 13 milyard dollar üstələyib.

“İlin əvvəlindən büdcə kəsirinin maliyyələşdirilməsi üçün bizə 23 milyard dollardan çox vəsait ayıran beynəlxalq tərəfdaşlarımıza minnətdarıq”, – o, feysbukdakı səhifəsində yazıb.

Baş nazirin açıqladığı məlumatlara əsasən, ilin əvvəlindən keçən 6 ayda xərclər büdcə gəlirlərini təxminən 13 milyard dollar üstələyib. Onun sözlərinə görə, xərclərdə prioritet olaraq hərbi sektor qalır, siyahıda ikinci yerdə sosial proqramlar qərarlaşıb.

Əvvəlki məqalə

Sabirabadda TIR yoldan çıxaraq kanala aşıb

Sonrakı məqalə

“Ukraynanın NATO-ya üzvlük məsələsi həll olunub” –