“Ukraynanın NATO-ya üzvlük məsələsi həll olunub” –Baydenin müşaviri

ABŞ hesab edir ki, NATO-nun Vilnüsdə keçirilən sammitinin yekunlarına əsasən, Ukraynanın Şimali Atlantika Alyansına qoşulması məsələsini artıq həll olunmuş hesab etmək olar.

“Report” xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan ABC telekanalına müsahibəsində deyib.

“Biz kommünikedə demişdik ki, Ukraynanın gələcəyi NATO-dadır, nöqtə. Heç kimlə heç bir yoxlama və ya danışıqlar aparılmır. Bu baş verəcək”, – o deyib.

Eyni zamanda, Sallivan qeyd edib ki, Ukrayna NATO-ya qoşulmaq istəyən hər bir ölkə kimi, Şimali Atlantika Alyansının “standartlarına cavab vermək üçün demokratik islahatlar aparmalıdır” və Kiyev hələ də “bir çox islahatlar aparmalıdır”.

Əvvəlki məqalə

Ukrayna altı ayda Qərbdən 23 milyard dollardan çox pul alıb

Sonrakı məqalə

Azərbaycan-Rusiya Gənclər Təşkilatının rəhbəri vəfat edib