Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin yeni rəhbəri məlum olub

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Hərbi Kəşfiyyat Baş İdarəsinin (GUR) rəhbəri postuna Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəisi Oleq İvaşenkonu təyin edib.

UNIAN“  xəbər verir ki, bu barədə Zelenski özünün “Telegram” hesabında məlumat verib.

“Bu gündən etibarən, Oleq İvaşenko ölkəmizə xidmət etmək Rusiyanın hərbi potensialını məhdudlaşdırmaq üçün tapşırıqları Ukrayna hərbi kəşfiyyatı mövqelərində yerinə yetirəcək”, – Zelenski qeyd edib.

O bildirib ki, Ukrayna Rusiyanın iqtisadi potensialını hədəfə almağa davam edəcək.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Hərbi Kəşfiyyat Baş İdarəsinin (GUR) rəhbəri vəzifəsini Kiril Budanov icra edirdi.

Budanov Zelenskinin təklifini qəbul edərək Ukrayna Prezident Ofisinin rəhbəri təyin edilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.