“Ukrayna ilə sülh danışıqlarının aparılması üçün heç bir əsas yoxdur, bu mövzu hazırda aktual deyil”.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O, Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya ilə danışıqlar mövzusunun indi mənasız olduğuna dair açıqlamalarına belə cavab verib.
“Danışıqlar mövzusu indi əhəmiyyətsizdir və dəfələrlə təkrar etmişik ki, belə danışıqlar üçün heç bir ilkin şərt yoxdur”, – Peskov bildirib.
Azpost.info