Ukrayna Krasnodarda şəhərə PUA zərbələri endirib, 6 nəfər yaralanıb

Ukrayna Rusiyanın Krasnodar diyarının Primorsko-Axtarsk şəhərinə PUA zərbələri endirib.

Azpost.info bildirir ki, PUA hücumu nəticəsində 6 nəfər xəstəxanaya yerləşdirilib. yaşayış binasına ziyan dəyib, enerji yarımstansiyasının fəaliyyəti pozulub.

Bu barədə qubernator Veniamin Kondratyev Telegram kanalında bildirib.

“İki uşaq olmaqla, altı nəfər xəstəxanaya yerləşdirilib… Hücum nəticəsində üçmərtəbəli yaşayış binasına ziyan dəyib”, -deyə o yazıb.

Rayon rəhbərinin sözlərinə görə, evin sakinləri təxliyə edilib. Onlar üçün müvəqqəti yaşayış məntəqəsi hazırlanıb.

Şəhərin əhəmiyyətli hissəsini təmin edən elektrik yarımstansiyasının da fəaliyyətinin pozulduğu dəqiqləşdirilir. Kondratyevin sözlərinə görə, qəza-xilasetmə xidmətləri təmir-bərpa işlərinə başlayıb.

Əvvəlki məqalə

“Ronaldo əfsanədir, amma Portuqaliyanı məğlub etmək istəyirik” –

Sonrakı məqalə

Tramp Baydeni “qaydasız debat”a çağırıb –