Ukrayna Krım körpüsündə PUA hücumu və partlayışda kimin əli olduğunu- AÇIQLADI

Krım körpüsünə gecə hücumu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri və Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatı olub.

Azpost.info xəbər verir ki, bu barədə RBC-Ukrayna məlumat yayıb.

Agentliyin məlumatına görə, körpüyə pilotsuz uçuş aparatları vasitəsilə hücum edilib.

“Körpüyə yerüstü dronlarla hücum edilib. Körpüyə çatmaq çətin olub, amma sonda bunu etmək mümkün olub”, – mənbə bildirib.

“Mash na volne” Telegram kanalı Krım körpüsündə gece saat 3:00 radələrində partlayışın baş verdiyini, daha bir partlayışın isə 03:20-də baş verdiyini yazmışdı. Bundan sonra körpüdə nəqliyyatın hərəkəti dayandırılıb. Keçidin iki aşırımının zədələndiyi bildirilir.

Kanal iddia edir ki, Taman istiqamətindəki körpünün enişi dağılıb, Kerç istiqamətində olan digər körpünün enişi isə batıb.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Krım körpüsündə bir kişi və bir qadının öldüyünü təsdiqləyib. Yayılan videomüraciətdə rayon rəhbəri orta-ağır bədən xəsarətləri alan qızları ilə bağlı məlumatı da təsdiqləyib.

Azpost.info

Əvvəlki məqalə

İnflyasiyanın monitorinqi üçün İşçi Qrup yaradılıb

Sonrakı məqalə

“Mən agent deyiləm…” –