“Mən agent deyiləm…” –RONALDO

Ronaldo Otavionu “Porto”nu tərk edərək “Əl Nəsr” gəlməsi üçün razı salmaq cəhdlərini inkar edib.

“Bir çox oyunçu haqqında danışırlar. Onlarla təmasda deyiləm. Çünki mən agent deyiləm”-deyə futbolçu vurğulayıb.

Ronaldo bildirib ki, Otavio və başqa 10-15 oyunçu haqqında söhbət gedir: “Amma hələlik xəbər yoxdur. Biz komandanı gücləndirməyə hazırlaşırıq. Lakin hələ ki, konkret adlar yoxdur”, – deyə forvard bildirib.

O, “Əl-Nəsr”in Otavionun transferi ilə bağlı artıq razılaşdığı haqda məlumatı da təkzib edib: “Tamamilə yalandır. Mətbuat xəbər yazır, amma hələ heç nə qərar verilməyib”.

Azpost.info

Əvvəlki məqalə

Ukrayna Krım körpüsündə PUA hücumu və partlayışda kimin əli olduğunu

Sonrakı məqalə

Cəlilabadda zəlzələ olub