Ukrayna Krımı qaytara biləcəkmi?- Bayden AÇIQLADI

“Ukraynanın Krımı qaytarması dərhal baş tutmaya bilər. Ola bilsin bundan əvvəl müəyyən keçid dövrü olacaq”.

Azpost.info xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden ABC telekanalına müsahibəsində bildirib.

O, həmçinin əlavə edib ki, Vaşinqton Kiyevə Moskva ilə münaqişəni necə bitirəcəyini diktə etməyəcək: “Ukrayna tərəfi münaqişənin hansı şərtlərlə dayandırılacağına özü qərar verəcək. ABŞ-ın vəzifəsi ona güc baxımından Rusiya ilə danışıqlar aparmaq imkanı verməkdir və bunun üçün Ukrayna Silahlı Qüvvələrinin yaz-yayda hücuma keçməsinə şərait yaratmaq lazımdır”.

Azpost.info

Əvvəlki məqalə

Laçın-Xankəndi yolundan Qırmızı Xaçın avtomobilləri keçib

Sonrakı məqalə

Doğrudanmı qadınlar “kobud kişiləri”i xoşlayırlar? –