Doğrudanmı qadınlar “kobud kişiləri”i xoşlayırlar? –ARAŞDIRMA

Doğrudanmı qadınlar “kobud oğlanlar”ı xoşlayırlar?  Digərlərini “darıxdırıcı” sayırlar?

Azpost.info bildirir ki, Qərbi Avsraliya Universitetinin mütəxəssisləri ədəbiyyatda və filmlərdə təsvir edilən “xanım və xuliqan” mövzsunu daha dərindən araşdırmaq qərarına gəliblər.

“Medical Xpress”in məlumatına görə, alimlər bunun üçün 47 ölkədən olan 1300 qadın üzərində araşdırma aparıblar.

Nə məlum olub?

Aydın olub ki, güclü cinsin riski sevən, əzələli nümayəndələri doğurdan da qadınları cəlb edir. Amma hamını hər zaman yox.

Yalnız intirqa, ehtiraslı romantik münasibətlərdən söhbət gedəndə belə oğlanları prioritet sayırlar. Amma uzunmüddətli ailə münasibətləri üçün seçim anı gələndə qadınların böyük əksəriyyəti  daha “müsbət” tərəfdaşa üstünlük verir. Onlar əlaqələrdə təmkinli və ehtiyatlı olur, daha çox möhkəm ailə ittifaqı və romantik münasibətlər istəyirlər.

Azpost.info

 

Əvvəlki məqalə

Ukrayna Krımı qaytara biləcəkmi?

Sonrakı məqalə

Qan yaddaşımıza yazılan Xocalı