“Ukrayna məğlub olsa, hamımız uduzacağıq”– Çexiyanın yeni prezidenti

“Ukraynadakı münaqişə ilə bağlı sülh danışıqlarının təşkili üçün bütün imkanlardan istifadə etmək lazımdır”.

Azpost.info xəbər verir ki, Çexiyanın yeni seçilmiş prezidenti Petr Pavel bildirib.

“Sülh danışıqları üçün ən kiçik bir şans varsa, gəlin, onları dəstəkləyək”, – Pavel deyib.

Pavel Ukrayna ilə danışıqlar üçün Rusiya tərəfdən heç bir əlamət görmədiyini də bildirib. Onun fikrincə, münaqişənin başa çatması tamamilə Rusiyadan asılıdır.

Çexiya lideri əlavə edib ki, münaqişə bitən kimi Ukrayna NATO-ya daxil olmalıdır. Eyni zamanda, Kiyev indi daha çox silaha sahib olmalıdır. Çünki hazırda əlində olan silahlar Rusiyaya müqavimət göstərməyə kifayət etmir: “Ukraynanı dəstəksiz qoysaq, o, çox güman ki, məğlub olacaq… Əgər Ukrayna məğlub olsa, hamımız uduzacağıq”.

Azpost.info

 

Əvvəlki məqalə

Saakaşvilinin son durumu ilə bağlı –

Sonrakı məqalə

Rus İcmasının üzvləri Laçın yolundakı etiraz aksiyasına qoşulub