Ukrayna müharibəsi qlobal iqtisadiyyata 1,6 trilyon dollar ziyan vurub- "Tədarük zəncirlərini pozulub, inflyasiya artıb..." (IW)

Ukrayna müharibəsi təkcə 2022-ci ildə qlobal iqtisadiyyata 1,6 trilyon dollardan (1,5 trilyon avro) çox ziyan vurub.

Azpost.info xəbər verir ki, bunu Almaniya İqtisadiyyatı İnstitutunun (IW) hesabatına istinadən “Rheinische Post”  yazıb.

İqtisadçıların fikrincə, bu il qlobal iqtisadiyyatın itkiləri daha 1 trilyon dollar (940 milyard avro) arta bilər.

Hesabatda deyilir ki, müharibə bütün dünyada tədarük zəncirlərini pozub və enerji qiymətlərini yüksəldib. Bundan başqa, inflyasiyanın artması istehlakçıların alıcılıq qabiliyyətini aşağı salıb.

Ekspertlər hesablama aparmaq üçün Beynəlxalq Valyuta Fondunun payız proqnozlarını əsas götürüblər.

Azpost.info

Əvvəlki məqalə

“Yanan ocağa yağ tökməyin!”

Sonrakı məqalə

Azərbaycanda işsizlərin sayı açıqlandı