Azərbaycanda işsizlərin sayı açıqlandı

Cari ilin yanvar ayında Azərbaycanda işsiz statuslu şəxslərin sayı 302.4 min nəfərə bərabər olub.

Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövründə 315.8 min nəfərə bərabər idi. İşsizlərin sayının azalması nəticəsində ölkədə işsizlik səviyyəsi 5.95%-dən 5.6%-ə qədər azalıb.

Qeyd edək ki, hesabat dövründə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5 mln. 358,9 min nəfər olub, onlardan 5 mln. 056,5 min nəfərini məşğul əhali təşkil edib.

Əvvəlki məqalə

Ukrayna müharibəsi qlobal iqtisadiyyata 1,6 trilyon dollar ziyan vurub

Sonrakı məqalə

Xalq artisti Ramiz Novruz “Qurd Qapısı”nda dəfn olunacaq