Ukrayna Novqorodda bombardamançı təyyarələrin olduğu aerodromu vurub

Ukrayna ordusu bu gün səhər saatlarında Novqorod vilayətindəki hərbi aerodromu vurub.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

Hücum kopter tipli drondan istifadə edilməklə saat 10:00-da həyata keçirilib. Müdafiə Nazirliyinin məlumatına görə, itki yoxdur.

Dronun vurulmasından sonra aerodromda yanğın baş verib və tez bir zamanda aradan qaldırılıb. Müdafiə Nazirliyi bir təyyarənin zədələndiyini qeyd edib.

Rusiya Aero Kosmik Qüvvələrinə Tu-22m3 strateji bombardmançı təyyarələri məhz bu aerodromda yerləşir.

Azpost.info

Əvvəlki məqalə

“Borrelin Rusiyaya qarşı təhqirləri paxıllıq və çarəsizliklikdən qaynaqlanır”

Sonrakı məqalə

BMT missiyası Nigerdə ​​qiyamçılarla görüşüb