“Ukrayna ordusu Sumı vilayətində vəziyyətə tam nəzarət edir” –ZELENSKİ

“Ukrayna qoşunları Sumı vilayətində vəziyyətə tam nəzarət edir”.

Azpost.info bildirir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski X platformasında yazıb.

O həmçinin Rusiyanın bölgədəki təxribat qruplarının “hələ də fəal olduğunu, lakin məhv edildiyini” qeyd edib.

Zelenski Rıjevka kəndində rus hərbçilərinin təbliğat əməliyyatı keçirməyə çalışdığını açıqlayıb: “Səhərə olan məlumata görə, Rusiya bayrağı məhv edilib, kənddə düşmən yoxdur”.

Dünən Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya hərbçilərinin Kursk vilayəti ilə sərhəddə yerləşən Rıjevka kəndini ələ keçirdiyini iddia edib. O, həmçinin müxtəlif video kadrların kəsilməsi ilə 1,5 dəqiqəlik video yayımlayıb. Videoda hərbi geyimli bir adam Rusiya bayrağını tutur və sonra bir neçə saniyəyə Rıjevski kənd sovetinin işarəsi görünür.

Əvvəlki məqalə

Xalq şairi Süleyman Rüstəmin vəfatından 35 il ötür

Sonrakı məqalə

Vəkil Sümbülə Əliyevanın məhkəməsi başlanıb –