“Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun ABŞ-ın xüsusi əməliyyat qüvvələri ilə əlaqələri ilə bağlı etirafı Ukraynanın suveren olmayan və manipulyasiya edilən ölkə olduğunu deməyə əsas verir”.
Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Nazirin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin tərkibində Mərkəzi Kəşfiyyat İdarəsi və Mİ-6 ilə sıx əlaqədə olan xüsusi bölmələr yaradılıb.
“Budanov açıq şəkildə etiraf etdi ki, o, ABŞ xüsusi əməliyyat qüvvələrinin rəhbərliyi altında işləyir. Məlumat var idi ki, Ukrayna Silahlı Qüvvələrinin tərkibində MKİ və Mİ6-nın Britaniya xarici kəşfiyyatı ilə sıx əlaqələndirmə üçün beş və altı nömrəli xüsusi bölmələr yaradılıb. Bütün bunlar, əlbəttə ki, Ukraynanın suveren olmayan ölkə olduğunu, ondan istifadə edildiyini göstərir”, – Lavrov qeyd edib.
Azpost.info