Ukrayna prezidenti Tom Kruzla görüşdü:“Filmlərdəki kimi yaraşıqlısınız!” (FOTO VİDEO)

Ukrayna prezidenti təkcə Birləşmiş Ştatlar prezidenti Donald Tramp deyil, indi də aktyor Tom Kruzla mehriban olmağa can atır.

Azpost.info bildirir ki, cəkəcəyi yeni filmin məkanını araşdırmaq üçün Ukraynanı gəzən Tom Kruz prezident Volodimir Zelenskinin ofisini də ziyarət edib.

Bazar ertəsi gecə Tom Kruzu prezident iqamətgahında qəbul edən Zelenski özünün TV və komediya ustalığına istinad edib.

Tom Kruz Zelenskinin ofisinə girərkən “Siz yaraşıqlısınız… Filmdəki kimi,” deyə Ukrayna prezidenti dillənib. “Kirayəni ödəyir,” deyə amerikalı aktyor cavab verib.

Zelenski zarafatla prezident olmağın nə qədər ‘yorucu’ olduğundan danışıb, həmçinin Ukraynanın şərqindəki münaqişəyə və dalana dirənmiş sülh prosesinə toxunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gecə Tovuz, Qazax və Gədəbəydəki mövqelərimizə yeddi güllə atılıb

Sonrakı məqalə

Aqil Abbasdan qəzəbli yazı: