Ukrayna Rumıniya limanı vasitəsilə taxıl ixracına başlayıb –“Reuters”

Ukrayna yenidən taxıl ixrac etməyə başlayıb.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, Ukrayna taxılı ilə yüklənən ilk gəmi Rumıniyanın “Konstansa” limanını tərk edib. “Hazırda “Konstansa”ya təxminən 80 min ton Ukrayna taxılı göndərilib, daha 80 min ton təsdiq edilib və yoldadır”, – limanının meneceri bildirib.

Nəşr xatırladır ki, müharibə səbəbindən Ukrayna limanları Rusiya tərəfindən bağlanıb. Nəticədə dünyanın dördüncü ən böyük taxıl ixracatçısı məhsulunu ya qərb sərhədindən qatarla, ya da “Dunay”dakı kiçik çay limanları vasitəsilə Rumıniyaya göndərmək məcburiyyətində qalıb. “Ukrayna taxılının ixracını dəstəkləmək Ukrayna limanlarının blokadası nəticəsində yaranmış böyük qlobal aclıq dalğasının qarşısını almaq deməkdir”, – “Comvex” liman operatorunun prezidenti Viorel Panait bildirib.

O həmçinin qeyd edib ki, bu həftənin əvvəlində operator təxminən 35 min ton Ukrayna dəmir filizinin yüklənməsini başa çatdırıb və ikinci gəminin təxminən mayın 15-də yüklənməsi gözlənilir.

Azpost.info

Əvvəlki məqalə

İran Gəncə hadisələrində iştirak edən 20 nəfəri qaytarmaqdan imtina edib –

Sonrakı məqalə

“Kim Çen In aqressivləşib, Putini təqlid edir” –